Müdafiə Nazirliyinin məlumatı

Beynəlxalq aləm tərəfindən cəzasız qalan Ermənistan dövləti ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsini daha da genişləndirir. Ermənistan ordusunun Qarabağda yerləşən qüvvələri öz hücumlarını gücləndirərək Azərbaycanın yeni torpaqlarını işğal edirlər. Dünən axşam uzun sürən mühasirədən sonra Füzuli şəhəri erməni qəsbkarları tərəfindən tutulub. Bundan sonra cənuba və şərqə doğru hərəkət edən düşmən rayonun Qaraxanbəyli kəndini də ələ keçirib.