Müdafiə Nazirliyinin məlumatı

Ermənistan tərəf atəşkəs haqqında razılığı pozmaqda davam edir. Tovuz rayonunun Ağdam kəndi, Naxçıvan MR-nın Ordubad rayonu və Sədərək qəsəbəsindəki mövqelərimiz yenidən Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulub. Ağdam kənd sakinlərindən 1 nəfər qadın yaralanıb.
Murovdağ aşırımındakı mövqelərimizə də erməni kəşfiyyatçıları atəş açıblar. Ordumuzun 1 əsgəri yaralanıb.