Müdafiə Nazirliyinin məlumatı

Dünən günün ikinci yarısında Ermənistan ordusunun bölmələri 5 tankla Ağburun dağı istiqamətindən Ağcabədi rayonundakı mövqelərimizə hücuma keçiblər. Gərgin döyüşlərdən sonra düşmən hücumunun qarşısı alınıb. İki əsgərimiz şəhid olub, 6-sı yaralanıb. Sentyabrın 23-dən 24-nə keçən gecə düşmən qüvvələri Goranboy rayonunun Qaraçinar kəndi səmtindəki mövqelərimizə hücuma keçməyə cəhd göstəriblər. Əsgərlərimizin sayıqlığı nəticəsində əks tərəfin həmlələri dəf olunub. Düşmənlər itkilərə məruz qalaraq öz mövqelərinə qayıdıblar.