Müdafiə Nazirliyinin məlumatı

Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs yenə pozulmuşdur.
1997-ci il aprelin 20-də saat 21:47-dən 21:55-dək Ermənistan silahlı qüvvələrinin Berd rayonu Mosesqex yaşayış məntəqəsi sahəsində yerləşən bölmələri Azərbaycan Ordusunun Tovuz rayonu Əlibəyli kəndi ərazisindəki mövqelərini bütün atıcı silah növlərindən atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.