Müdafiə Nazirliyinin məlumatı

1997-ci il aprelin 23-də saat 22:20-dən 22:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şurabad kəndi istiqamətindən Azərbaycan Ordusunun Ağdam rayonunun Təzəkənd yaşayış məntəqəsi sahəsindəki mövqelərini atıcı silahlardan və 82 mm-lik minaatanlardan atəşə tutmuşlar.
Cavab tədbirlərindən sonra düşmən atəşi dayandırmışdır.
İtki yoxdur.