Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 18-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun qərargah-mənzilində NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin görüşü keçiriləcək. Görüşdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək.