Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 10-da saat 17:20-dən 18:20-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Noemberyan rayonunun Berdavan yaşayış məntəqəsi istiqamətindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonu Qaymaqlı yaşayış məntəqəsi sahəsində yerləşən bölmələrini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.