Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 22-dən 28-dək Özbəkistan və Qırğızıstan Respublikaları ərazisində “Sentrazbat -98” sülhməramlı təlimləri keçiriləcəkdir.
Bu təlimlərdə Mərkəzi Asiya respublikalarının hissələri ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı, həmçinin ABŞ, Türkiyə, Rusiya Federasiyası və Gürcüstan Silahlı Qüvvələrinin sülhməramlı tağımları da iştirak edəcəkdir.
Qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrimizin nümayəndələri bu tərkibdə ilk dəfə olaraq sülhməramlı təlimlərdə iştirak edəcəkdir.