Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 23-də saat 21:55-dən 22:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Yexeqnadzor rayonunun ərazisində yerləşən Mehridağ yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Şərur rayonunun Aşağı Yaycı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
İtki yoxdur.