Müdafiə Nazirliyinin məlumatı

Bu gün ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Baş İdarəsinin hərbi nümayəndə heyəti polkovnik Vernar Tussenin rəhbərliyi ilə Azərbaycana rəsmi səfərə gəlmişdir. Nümayəndə heyəti sentyabrın 26-dək burada olacaqdır. O, Bakıda və Gəncədə hərbi komandanlığın nümayəndələri və yerli hakimiyyət orqanları ilə görüşlər keçirəcəkdir. Sonra nümayəndə heyəti Gürcüstan Respublikasına, oradan da Dağlıq Qarabağa gedəcəkdir.