Müdafiə Nazirliyinin məlumatı

Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspeksiya qrupu 1996-cı il sentyabrın 12-dən 19-dək Fransa Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrində yoxlama keçirəcəkdir.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə imzalandıqdan sonra bu, Azərbaycan inspektorları tərəfindən müqavilə iştirakçısı olan dövlətlərdə aparılan ilk yoxlamadır.