Müdafiə Nazirliyinin məlumatı

1996-cı il noyabrın 25-dən 28-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində tərəfdaşlığı əlaqələndirmə üzrə direktor general-mayor K.Lanqe və polkovnik Medviç Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır. Səfər zamanı onların Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevlə görüşü planlaşdırılır. Görüşdə tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.