Müdafiə Nazirliyinin məlumatı

1996-cı il noyabrın 13-dən 19-dək London şəhərində Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə iştirakçıları olan dövlətlərin verifikasiya mərkəzləri rəislərinin görüşü keçiriləcək.
Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.
Verifikasiya mərkəzi AASQ haqqında imzalanmış müqavilənin həyata keçirilməsinə nəzarət etmək məqsədi güdür.