Müdafiə Nazirliyinin məlumatı

1996-cı il noyabrın 11-dən 16-dək Türkiyə Respublikasının İstanbul şəhərində Hərbi Dəniz Qüvvələrinin beynəlxalq yarışı keçiriləcək.
ABŞ, Almaniya, Fransa, İngiltərə, Rusiya Federasiyası (cəmi 21 ölkə) nümayəndələrinin iştirak etdiyi yarışda respublikamızı Bakı Ali Hərbi Dənizçilik məktəbinin bir qrup hərbi qulluqçusu təmsil edəcək.