Müdafiə Nazirliyinin məlumatı

1996-cı il iyulun 22-dən 25-dək Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərliyi ilə “N” bölgəsində plan üzrə komanda-qərargah təlimi keçirilmişdir. Təlimin məqsədi ona cəlb edilmiş hissə və birləşmələrin döyüş hazırlığı səviyyəsini və təlimlənmə dərəcəsini müəyyən etmək idi. Birləşmə və hissələr təlim zamanı təkmilləşməyə doğru yeni bir addım atdıqlarını göstərmişlər.
Müdafiə naziri general-leytenant S.Əbiyev komanda-qərargah təliminə yekun vurmuş, təlimdə iştirak edən hissə və birləşmələrin fəaliyyətini qiymətləndirmiş, onların qarşısında yeni vəzifələr qoymuşdur.