Müdafiə Nazirliyinin məlumatı

1997-ci il iyunun 9-dan 11-dək NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul şəhərində “Kooperativ Demand” çoxmillətli təliminin əsas planlaşdırılması üzrə konfrans, iyunun 9-dan 14-dək isə Almaniya Federativ Respublikasının Oberammergau şəhərində yerləşən NATO məktəbində sülhməramlı kurslar keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edirlər.