Müdafiə Nazirliyinin məlumatı

1997-ci il iyunun 7-dən 14-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının verifikasiya Mərkəzinin dəvəti ilə Avropada Adi Silahlı Qüvvələr (AASQ) haqqında müqavilə və 1994-cü il Vyana sənədi çərçivəsində Silahlar üzərində nəzarət problemləri ilə əlaqədar ikitərəfli hazırlıq tədbirləri təşkil ediləcək. London şəhərində keçiriləcək bu tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup nümayəndəsi də iştirak edəcəkdir.