Müdafiə Nazirliyinin məlumatı

İyunun 12-də Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli “C.Naxçıvanski adına hərbi liseyin 25 illiyinin keçirilməsi haqqında” sərəncamına əsasən Müdafiə Nazirliyində yaradılmış Təşkilat komitəsinin növbəti iclası keçirilib. Təşkilat komitəsinin sədri Müdafiə nazirinin Kadrlar və Hərbi Təhsil üzrə müavini polkovnik M.Beydullayev keçən müddət ərzində Silahlı Qüvvələrdə yubileyə hazırlıqla əlaqədar görülən işlər haqqında məlumat vermişdir. Tədbirlər planına bir daha baxılmış və vəzifələr konkretləşdirilmişdir. Silahlı Qüvvələrdə yubileyə hazırlıq işləri davam etdirilir.