Müdafiə Nazirliyinin məlumatı

Fevralın 26-da saat 18:00-dan 18:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Tapqaraqoyunlu kəndi sahəsindəki mövqelərini avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur. İtki yoxdur.