Müdafiə Nazirliyinin məlumatı

Fevralın 22-də saat 08:15-dən 10:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Satalmış dağının şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki bölmələrini avtomatlardan, iriçaplı pulemyotlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar. Cavab atəşindən sonra düşmən susmuşdur.
İtki yoxdur.