Müdafiə Nazirliyinin məlumatı

Fevralın 10-da saat 11:30-dan 12:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Berdavan (keçmiş Qalaça) yaşayış məntəqəsinin şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qazax rayonu Kəmərli kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar. Cavab atəşilə düşmən susdurulmuşdur.
Bir nəfər Azərbaycan əsgəri yaralanmışdır.