Müdafiə Nazirliyinin məlumatı

İyunun 19-da saat 21:45-dən 23:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Babək rayonunun Kərməçatax kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.