Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 28-dən iyulun 2-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində fövqəladə vəziyyətlərdə mülki xidmətlərin planlaşdırılması üzrə regional kurslar keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.