Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Respublikasının Müdafiə naziri general-leytenant D.Tevzadzenin dəvəti ilə martın 17-də Tbilisi şəhərinə işgüzar səfərə gedəcəkdir.
İki gün davam edəcək səfərin proqramında Gürcüstan Respublikasının prezidenti E.Şevardnadze, Parlamentin sədri Z.Jvaniya, xarici işlər naziri İ.Meneqaraşvili və Dövlət naziri V.Lordkipanidze ilə görüşlər planlaşdırılır.