Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 7-dən 11-dək Belçika Krallığının Brüssel şəhərində “əməliyyatların keçirilməsinə dair birgə Doktrina” üzrə Standartlaşdırma Agentliyinin ekspertlərinin 5-ci görüşü keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.