Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 21-dən 24-dək Brüssel (Belçika Krallığı) şəhərində neft kəmərləri üzrə NATO komitəsinin seminarı keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.