Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 21-də Moskva şəhərində MDB Müdafiə Nazirləri Şurasının “1999-cu ildə Müdafiə Nazirləri Şurasının işçi orqanlarının işinin yekunları və 2000-ci il üçün iş planının tərtib edilməsi” mövzusunda növbəti iclası keçiriləcəkdir.
Tədbirdə iştirak etmək üçün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə yola düşmüşdür.