Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 28-dən martın 3-dək Brüssel şəhərində (Belçika Krallığı) vertolyotlara  xidmət üzrə işçi qrupun görüşü və fevralın 28-dən martın 10-dək İzmir şəhərində (Türkiyə Respublikası) hava sərhədlərinə nəzarətin hərbi terminologiyası üzrə kurslar keçirilir.
Tədbirlərdə Azərbaycan  Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edirlər.