Müdafiə Nazirliyinin məlumatı

Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq noyabrın 21-dən 23-dək Yunanıstan Silahlı Qüvvələri nümayəndələrinin rəhbərlik etdiyi çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirir.
Çoxmillətli inspeksiya qrupunun tərkibinə Türkiyə, Portuqaliya, Norveç və Danimarka Silahlı Qüvvələrinin nümayəndələri daxildir.