Müdafiə Nazirliyinin məlumatı

Sıravi əsgər Cəfərov Mükərrəm Murtuzəli oğlu ABŞ-ın Las Veqas şəhərində keçirilən ağırlıqqaldırma (poverliftinq) üzrə yarışlarda 90 kq çəki dərəcəsində qızıl medal almışdır.
Kiçik çavuş Ağayev Səhliman Əli oğlu, hərbçilərin Hollandiyanın Amsterdam şəhərində keçirilən dzyudo üzrə dünya çempionatında 60 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür.