Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çakmakoğlu sentyabrın 20-də Bakıya səfərə gələcəkdir.
Səfərin proqramında Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qəbul, Azərbaycan Respublikası hərbi təhsil sistemi ilə tanışlıq, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və Xarici İşlər naziri Vilayət Quliyev ilə görüşlər nəzərdə tutulmuşdur.
Səfər sentyabrın 22-də başa çatacaqdır.