Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində sentyabrın 19-dan 20-dək Varşava şəhərində (Polşa) tərəfdaşlığın məqsədləri üzrə Analiz və Planlaşdırmanın prosesləri seminarı, sentyabrın 19-dan 22-dək Vilnüs şəhərində (Litva) təhsil məsələləri üzrə seminar və sentyabrın 20-dən 22-dək Brüssel şəhərində (Belçika Krallığı) kütləvi qırğın silahlarının tətbiqi və ondan müdafiə üzrə ekspertlərin 7-ci işçi görüşü keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.