Müdafiə Nazirliyinin məlumatı

Avqustun 21-də, Kosovoda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xidmət edən Azərbaycan taqımının bir qrup əsgərinin həqiqi hərbi xidmətinin başa çatması ilə əlaqədar, onları əvəz edəcək 1 zabit və 10 nəfər sıravi əsgərin Türkiyə Respublikasına yolasalma mərasimi keçirilmişdir.
Türkiyədə uyğunlaşma təlimləri keçdikdən sonra hərbi qulluqçularımız Kosovonun Draqaş şəhərinə gedəcəklər.