Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 31-dən fevralın 4-dək Brüssel şəhərində (Belçika Krallığı) hərbi-mühəndis işçi qrupunun 27-ci görüşü, Oberomerqau şəhərində (AFR) çoxmillətli qərargah zabitlərinin və Ankara şəhərində (Türkiyə) NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı üzrə oriyentasiya kursları keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edir.