Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Müdafiə naziri Sergey İvanovun dəvətilə sentyabrın 6-da Moskva şəhərinə səfərə yola düşmüşdür.
Səfər zamanı ikitərəfli Azərbaycan-Rusiya hərbi əməkdaşlığı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.