Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 25-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Avropada Təhlükəsizlik və müdafiə problemlərinin öyrənilməsi üzrə Corc Marşal adına Mərkəzin məzunlarının Xəzər Assosiasiyasının növbəti iclası keçirilmişdir.
İclasda Assosiasiyanın fəaliyyətinin perspektiv istiqamətləri və təşkilati aspektləri üzrə məsələlər müzakirə edilmişdir.
Tədbir iştirakçıları ABŞ-da törədilmiş qanlı terror aksiyasını pisləyən bəyanatla çıxış etmiş və həlak olanların xatirəsini yad etmişlər.