Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dekabr ayında qar uçqununa düşmüş hərbi qulluqçulardan 3 nəfərinin cəsədi tapılmışdır. Siyahını təqdim edirik.
1. Çavuş Həsrətov Səid Alim oğlu - Neftçala rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
2. Əsgər Hacımuradov Ramiddin Meyvəddin oğlu - Qusar rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
3. Əsgər Alməmmədov Vəfadar Əlövsət oğlu - Qəbələ rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.