Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 23-dən 26-dək Bakıda bu ilin noyabr ayında NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində Azərbaycan Respublikasında keçirilməsi nəzərdə tutulan "Kooperativ Determineyşn 2001" çoxmillətli komanda-qərargah təliminin ilkin planlaşdırma konfransı keçiriləcəkdir. Konfransda NATO üzvü və tərəfdaş dövlətlərin nümayəndələri iştirak edəcəklər.