Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Gürcüstanın Müdafiə naziri general-leytenant David Tevzadze aprelin 8-də Bakıya rəsmi səfərə gələcəkdir.
Aprelin 9-da general-polkovnik S.Əbiyev qonağı qəbul edəcəkdir.
Görüş zamanı Cənubi Qafqaz regionunda təhlükəsizlik, terrorizm və separatizm ilə mübarizə, hər iki ölkədə Silahlı Qüvvələr quruculuğunun gedişi və hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcəkdir. Səfərin yekunları haqqında Protokol imzalanacaqdır.
Səfər aprelin 11-də başa çatacaqdır.