Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Gürcüstanın Müdafiə naziri general-leytenant David Tevzadzenin dəvətilə dekabrın 15-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Dekabrın 17-də başa çatacaq səfər zamanı Azərbaycan Respublikası ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin imzalanması planlaşdırılır.