Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 13-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun işğal olunmuş Bağanis-Ayrım kəndinin şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Quşçu-Ayrım kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mahmudov Müslüm Dilbazi oğlu (4 oktyabr 2001-ci ildə Hacıqabul Rayon Hərbi Komissarlığından çağırılıb) həlak olmuş, bir əsgəri isə yaralanmışdır.
Cavab atəşilə düşmən susdurulmuşdur.