Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün noyabrın 19-da Moskva şəhərinə yola düşmüşdür.
Müdafiə Nazirləri Şurasının iclası noyabrın 20-də keçiriləcəkdir.