Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində avqustun 27-si və 28-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Standartlaşdırma agentliyinin uçuşların təhlükəsizliyi üzrə işçi qrupunun görüşü və avqustun 27-dən 29-dək Vilnyus şəhərində (Litva) “Kooperativ Yaquar - 03” çoxmillətli sülhməramlı təlimlərin Əsas planlaşdırma konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri  iştirak edəcəklər.