Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün fevralın 26-da Sankt-Peterburq şəhərinə yola düşmüşdür.
Müdafiə Nazirləri Şurasının iclası fevralın 27-də keçiriləcəkdir.