Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 22-dən 26-dək Mannheim şəhərində (Almaniya Federativ Respublikası) SNT/Taktiki  ingilis dili üzrə müəllimlər üçün seminar keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.