Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 15-dən 19-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Çoxmillətli birgə Maddi-texniki təminat Mərkəzi üzrə kurs, iyulun 15-dən 26-dək Andermatt şəhərində (İsveçrə) “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yay dağ təlimi və iyulun 15-dən avqustun 2-dək NATO/SNT ölkələri əməliyyat-qərargah zabitləri üçün kurs keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.