Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev “Silahların, hərbi texnikanın və döyüş sursatlarının” (“Russian expo ARMS – 2002”) beynəlxalq sərgisində iştirak etmək üçün iyulun 8-də Rusiya Federasiyası Sverdlovsk vilayətinin Nijni Taqil şəhərinə yola düşmüşdür.
Sərgi iyulun 9-da açılacaqdır.