Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazıkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 11-də Azərbaycan-Ermənistan sərhəddində Gədəbəy rayonunun Göyəli kəndinin şimal-qərb istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazıkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant İ.Palatinus və Y.Şarov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazıkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik və onun səhra köməkçiləri F.Rossu və Z.Feç keçirəcəklər.