Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Əhəd Qəzayini və İran İslam Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi general-mayor Musa Şəhabini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra səfir Ə.Qəzayi qəbul üçün Müdafiə nazirinə öz minnətdarlığını bildirmişdir. Səfir Ə.Qəzayi Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfərə hazırlıq prosesinin uğurla getdiyi barədə və Azərbaycanda fəaliyyətdə olduğu dövrdə iki ölkə arasında əldə olunmuş nailiyyətlər haqqında ətraflı məlumat vermişdir.
Sonra tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud olan bəzi problemli sahələrə toxunmuş, regiondakı ictimai və hərbi-siyasi vəziyyət barəsində geniş fikir mübadiləsi etmişlər.