Müdafiə Nazirliyinin məlumatı

Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Strateji və Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi cənab Vladimir Sokoru qəbul etmişdir.
Müdafıə naziri qonağı salamladıqdan sonra cənab V.Sokor səfərinin məqsədini açıqlayaraq bildirmişdir ki, Azərbaycan və Cənubi Qafqaz bölgəsi onu çox maraqlandırır.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyət, Azərbaycan-ABŞ, Azərbaycan-NATO münasibətləri və digər məsələlər haqqında qonağı maraqlandıran suallara cavab vermişdir.